Digər namizəd isə Xameneinin ikinci oğlu Müctəbadır. O, ali rəhbərin ofisini idarə edir və son vaxtlara qədər rejimin hərbiləşmiş orqanı olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat rəisi Hüseyn Taiblə yaxındır.
Müctəba Xamenei son zamanlar dövlət televiziyasında ruhanilərin ən yüksək rütbəsi olan ayətullah kimi təqdim olunur. Lakin heç vaxt rəsmi vəzifədə olmayıb və nadir hallarda ictimaiyyət arasında görünür.
Vaşinqtonun İranla bağlı acı etirafı |
İranda çoxları sülalə varisliyi perspektivini bəyənmirlər. Onların inqilabı şahın devrilməsi üzərində qurulub. 1989-cu ildəki vəziyyətlə müqayisədə böyük yeni amil Keşiçiklər Korpusunun (“Sepah”, Sepah-e Pasdaran-e Enqelab-e Eslami) yüksəlişidir. İİKK gücləndikcə əksər iranlı müşahidəçilər onun komandirlərinin ali lideri yerində saxlayaraq, formal fiquraya çevirəcəyini düşünürlər. Onlar Müctəba Raisiyə leqal, eyni zamanda, idarə olunan faydalı zəif fiqur kimi üstünlük verə bilərlər.
Qərbdəki analitiklər ehtimallarında daha uzağa gedirlər. Onların fikrincə, gələcəkdə İİKK hazırkı klerikal hakimiyyəti tamamilə dəyişərək, onu eyni dərəcədə avtoritar hərbi alternativlə əvəzləyə bilər.
Tariyel Həsənov
AzVision.az