Avtomobildən 20 000 manat oğurlandı
![Avtomobildən 20 000 manat oğurlandı Avtomobildən 20 000 manat oğurlandı](https://azvision.az/photos/2023/08/1691220146.jpg)
Bildirilib ki, paytaxtın Binəqədi qəsəbəsi ərazisində avtomobilin saxlanc yerindən 20 848 manat pulun oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: