Konsertindən sonra metronun işləməsinə 100 min dollar ödədi

Konsertindən sonra metronun işləməsinə 100 min dollar ödədi
  07 Avqust 2023    Oxunub:1556
Beyons Vaşinqton metrosunu iş vaxtını bir saat uzatmaq üçün 100 min dollar ödəyib.
AzVision.az xəbər verir ki, bu barədə ABC7 yazıb.

Müğənninin Vaşinqtondakı konserti əlverişsiz hava şəraiti səbəbindən iki saata yaxın təxirə salınıb. Konsertə gələnlərin evə metro ilə çatmasını təmin etmək üçün ifaçı metropolitenin 1 saat işləməsinə əlavə vəsait ödəməli olub. Bu maddə onun qastrol sözləşməsində qeyd edilib.

Beləliklə, 100-ə yaxın metro stansiyasının çıxışları açıq olub və giriş FedExField stadionunun yerləşdiyi Morqan Bulvarında işləyib.

Beyons hazırda Renessans Dünya Turundadır. Bu, amerikalı müğənninin oktyabrın 1-dək davam edəcək 9-cu konsert turudur.

AzVision.az



Teqlər:





Xəbər lenti