“Oppenheymer” “Pörl Harbour”unu geridə qoyub

   “Oppenheymer” “Pörl Harbour”unu geridə qoyub
  07 Avqust 2023    Oxunub:1779
Kristofer Nolanın “Oppenheymer” bioqrafik trilleri dünya üzrə 500 milyon dollar qazanıb.
O, indiyədək ən çox gəlir gətirən İkinci Dünya müharibəsi filmi olan Maykl Beyin 2001-ci ildə ekranlara çıxmış “Pörl Harbour”unu geridə qoyub. Baş rolda Killian Mörfinin çəkildiyi “Oppenheymer” ilk dəfə iyulun 21-də yayımlanıb.

Əsər atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheymerin həyatından bəhs edir. Xatırladaq ki, rejissor Kristofer Nolan “Qara cəngavər”, “Başlanğıc”, “İnterstellar” kimi filmlərin müəllifidir.

AzVision.az


Teqlər:





Xəbər lenti