Bloomberg: "Taliban yüzlərlə kamikadze ilə İran savaşına hazırlaşır"

      Bloomberg:    "Taliban yüzlərlə kamikadze ilə İran savaşına hazırlaşır"
  08 Avqust 2023    Oxunub:1615
Son aylar İranla Əfqanıstan arasında yaranmış gərginlik daha da artıb.
AzVision.az xəbər verir ki, iki ölkə arasında əsas mübahisə su problemi ilə bağlıdır.

ABŞ-ın məşhur "Bloomberg" nəşri isə mövzu ilə bağlı diqqət çəkən məqalə dərc edib. Anonim mənbə Amerikanın xəbər agentliyinə bildirib ki, Taliban yüzlərlə kamikadze ilə İranla yarana biləcək mümkün su münaqişəsinə hazırlaşır.

Susuz el (v)İran olar: Kabil Tehranı niyə "yandırıb, yaxır"
Nəşr xatırladıb ki, mayın ayının ortalarında İran prezidenti İbrahim Rəisi Talibanın ünvanına su problemləri ilə bağlı təhdid xarakterli fikirlər səsləndirmişdi. O, Sistan və Bəluçistan əyalətində səfərdə olarkən Hirmənd çayından İrana çatan su haqqının ötürülməməsi ilə bağlı Əfqanıstan rəsmilərinə sərt şəkildə xəbərdarlıq edərək dedi ki, "Əfqanıstan su razılaşmasına əməl etməlidir, əks təqdirdə bunun mənfi nəticələri ilə üzləşəcəklər".

Talibanın tanınmış simalarından biri olan general Mobin isə bu bəyanata 20 litrlik su qabını əlinə alaraq istehzalı şəkildə səsləndirdiyi fikirlərlə cavab verdi: "Sən Allah, bizə hücum etmə, qorxuruq!" O, Rəisiyə sərt ultimatumlar verməməyi məsləhət gördü.

Bu qalmaqallı açıqlamalardan bir həftə sonra isə iki ölkənin sərhədində atışma baş verdi. Nəticədə iki iranlı sərhədçi və bir Taliban hərbçisi öldürüldü: "Proseslərlə yaxından tanış olan və qruplaşmaların döyüşə hazır olduğunu deyən etibarlı mənbənin sözlərinə görə, Taliban bölgəyə minlərlə əsgər və yüzlərlə kamikadze göndərib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Əfqanıstan   Taliban  





Xəbər lenti