"Azərbaycanda təbii qazın istifadəsi Avropa ölkələrindən dəfələrlə çoxdur"
"Rəsmi statistikaya əsasən, bu ilin ilk yarısında ölkə daxilində 5 milyard 434 milyon kub metr mavi qaz istehlak olunub. Azərbaycanın yalnız yarım ildə istehlak etdiyi qazın həcmi Serbiyanın illik qaz istehlakından 2 dəfə, Bolqarıstanın illik istehlakından 64.0 faiz, İsveçrənin illik istehlakından 62.0 faiz, Norveçin illik istehlakından 17.0 faiz çoxdur. Göründüyü kimi, Azərbaycanda sadəcə yarım illik qaz istehlakı iqtisadiyyatı bizimlə müqayisədə daha böyük olan bir sıra ölkələrin illik istehlakı ilə müqayisədə daha çoxdur. Bu isə o deməkdir ki, daxili istehlakın bu qədər çox olması səbəblərinin ayrıca təhlil edilməsinə ehtiyac var".
Deputat qeyd edib ki, burada yaşayış binalarında mərkəzləşdirilmiş istilik sisteminin olmaması kimi obyektiv faktorlarla yanaşı, başqa səbəblərin də təhlili çox vacibdir.
"Digər tərəfdən, daxili istehlakının azaldılması Azərbaycanın ixrac potensialının artırılmasına səbəb ola bilər. Yəni, daxili istehlak nə qədər minimumlaşarsa o qədər çox ixrac etmək və ölkəyə daxil olan valyutanın həcmini artımaq imkanımız olacaq. Deməli, real təhlillərə və eləcə də bu sahədə islahatların genişləndirilməsinə ehtiyac var".
Aytən Zəhra
AzVision.az
Teqlər: