Putinin sərvəti açıqlanıb

Putinin sərvəti açıqlanıb
  13 Aprel 2013    Oxunub:1179
Rusiya Prezidenti Vladimir Putinin 2012-ci ildəki gəliri və sərvəti açıqlanıb
AzVİsion.az-ın rus mətbuatına istinadən verdiyi məlumata, Putinin 2012-ci il gəliri 5 milyon 790 min rubl (təxminən 190 min dollar) olub. Onun 154 və 78 kvadrat metrlik iki mənzili, Moskva ətrafında 500 kvadrat metrlik ərazisi ilə Sovetlər Birliyində dövründə istehsal edilən "Qaz M-21", "Qaz M-21-P" və "Niva" markalı 3 maşınının olduğu bildirilirb.

Putinin həyat yoldaşı Lyudmila Putinanın adında heç bir daşınmaz əmlak yoxdur. Buna baxmayaraq, onun 2012-ci il gəliri isə 121 min 400 rubl (təxminən 4 min dollar) olduğu açıqlanıb.

Qeyd edək ki, Rusiyada rüşvət və korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində dövlət məmurları sərvətlərini açıqlamaq məcburiyyətindədir.


Teqlər:





Xəbər lenti