Siyahı açıqlanmazdan bir qədər əvvəl Frans Press agentliyi öz mənbələrinə istinadən məlumat yaymışdı ki, siyahıda rusiyalılarla yanaşı, Ukrayna, Azərbaycan və Özbəkistan vətəndaşları da var.
Lakin siyahı açıqlanandan sonra məlum oldu ki, söhbət onların vətəndaşlığından yox, harada anadan olmasından gedir. Məsələn, siyahıda adı olan müstəntiq Artyom Kuznetsov Bakıda anadan olub, sonradan Rusiyaya köçüb və hazırda Rusiya vətəndaşıdır. O, “Maqnitski işi”ni aparan istintaqçılardan biridir. (ans)