"Neftçi" "Beşiktaş"a uduzdu
Adrian Mutunun komandası Bakıda Türkiyə "Beşiktaş"ını qəbul edib. Qardaş ölkə təmsilçisi ilə oyun İstanbul klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Neftçi" indiyədək Avropa kuboklarında bir dəfə Türkiyə təmsilçiləri ilə qarşılaşıb. 2020-ci ilin sentyabrında pandemiya səbəbindən cəmi bir oyundan ibarət olan qarşılaşmada "ağ-qaralar" Bakıda "Qalatasaray"a 1:3 hesabı ilə uduzub və mübarizəni dayandırıb.
10 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
21:00 ."Neftçi" - "Beşiktaş" (Türkiyə) - 1:3
Qollar: Vensan Abubakar, 14 (0:1), Cekson Muleka, 22 (0:2), Salih Uçan, 52 (0:3), Kilan Lebon, 79 (1:3)
Baş hakim: Lukas Fandrix
Bakı. "Neftçi" Arena"
AzVision.az
Teqlər: