Arvadının bişirdiyi ən zəhərli göbələyi yeyib sağ qaldı

Arvadının bişirdiyi ən zəhərli göbələyi yeyib sağ qaldı
  11 Avqust 2023    Oxunub:1841
Avstraliya sakini Saymon Klarinqbold illər öncə möcüzə nəticəsində ölümdən dönüb.
AzVision.az xəbər verir ki, o, bu barədə LaDBible-yə danışıb. Məsələnin maraqlı tərəfi isə budur ki, Saymona həyat yoldaşı zəhərli göbələk yedirdibmiş.

Hadisə 1998-ci ildə baş verib. Həmin vaxt onun 39 yaşı olub və qaçış marafonlarına qatıldığı üçün sağlamlıq durumu yüksək səviyyədə olub. Avstraliyalının sözlərinə görə, bir axşam o, həyat yoldaşının hazırladığı, tərkibində göbələk olan yemək yeyib. Saymon özü bu ən təhlükəli göbələyi yeməli şampinonla səhv salaraq evə gətirib.

Yeməkdən sonra kişinin vəziyyəti kəskin şəkildə pisləşib. O, xəstəxanaya çatdırılıb və məlum olub ki, yeyilən göbələk insanlar üçün son dərəcə təhlükəli növ olub. Klarinqbald özü isə belə hesab edir ki, göbələklərdə çoxlu toksin olmadığı üçün sağ qalıb.

"Mən belə göbələklərin mövcud olduğunu belə bilmirdim", - o qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Göbələk  





Xəbər lenti