Ermənistanda əsgər ölümünə görə iki hərbçi saxlanılıb

   Ermənistanda əsgər ölümünə görə iki hərbçi saxlanılıb
  11 Avqust 2023    Oxunub:1226
Ermənistanda əsgər ölümünə görə iki hərbçi saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaq Komitəsi bildirir ki, avqustun 10-da saat 18:50 radələrində mövqelərin birində Karapetyan həmkarına tapşırılmış avtomatdan başından atəş açıb. O, Ararat şəhər xəstəxanasına, sonra isə İrəvandakı hərbi hospitala yerləşdirilib. Avqustun 11-də səhər tezdən Karapetyan ölüb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində iki hərbçi saxlanılıb. İlkin məlumata görə, çağırışçı əsgər "dedovşina" zəminində intihar edib.

AzVision.az


Teqlər:





Xəbər lenti