“Qarabağ”ın cavab oyununu fransalı hakimlər idarə edəcək

   “Qarabağ”ın cavab oyununu fransalı hakimlər idarə edəcək
  12 Avqust 2023    Oxunub:1427
Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək HİK - "Qarabağ" cavab oyunu üçün hakim təyinatları bəlli olub.
UEFA-nın saytında yerləşdirilən məlumata əsasən, matçı Fransa Futbol Federasiyasından Villi Delayod idarə edəcək. Ona həmyerliləri Ervan Finyean, Filip Jann köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. HİK - "Qarabağ" cavab görüşü isə avqustun 17-i Finlandiyada keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti