Azərbaycan Kubokunun ikiqat qalibi “Neftçi”də
![Azərbaycan Kubokunun ikiqat qalibi “Neftçi”də
Azərbaycan Kubokunun ikiqat qalibi “Neftçi”də](https://azvision.az/photos/2023/08/1692017569.jpg)
Bildirilib ki, baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında “Neftçi”nin təcrübəli mütəxəssisi Sənan Qurbanov köməkçi məşqçi təyin edilib. Onunla iki illik müqavilə bağlanıb.
Xatırladaq ki, Sənan Qurbanov 1980-ci il avqustun 4-də anadan olub. Futbolçu kimi ölkəmizdə bir çox klubun, eləcə də Azərbaycan milli komandasının formasını geyinmiş Qurbanov 2012-ci ildə məşqçiliyə başlayıb. 2018-ci ilədək “Qəbələ”də məşqçi, 2018-19-cu illərdə isə baş məşqçi vəzifəsində çalışmış 43 yaşlı mütəxəssis 2021-22-ci illərdə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb. O, 2018/19 mövsümündə “Qəbələ”yə, 2020/21-də isə “Keşlə”yə Azərbaycan Kubokunu qazandırıb.
Qeyd edək ki, baş məşqçi Adrian Mutunun digər köməkçiləri məşqçilər korpusunun üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedebandır.
AzVision.az
Teqlər: