Kamçatkada helikopter qəzasında həlak olanların hamısının cəsədi tapılıb

Kamçatkada helikopter qəzasında həlak olanların hamısının cəsədi tapılıb
  02 Sentyabr 2024    Oxunub:1499
Kamçatkada Mi-8T helikopterinin qəzaya uğradığı yerdə axtarış əməliyyatı başa çatıb, bütün ölənlərin cəsədləri tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Kamçatka ərazisinin fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.

Həlak olanların bütün cəsədləri aşkar edilərək məhkəmə-tibbi ekspertiza orqanlarına təhvil verilib. Sentyabrın 3-ü Kamçatkada təyyarə qəzasında həlak olanlar üçün matəm günü elan edilib.

Qeyd edək ki, "Mi-8" avqustun 31-də radarlardan itib. Onun təpəyə çırpılaraq qəzaya uğradığı bildirilib. Təyyarədə 19 sərnişin və üç ekipaj üzvü olub.

Həmidə İbrahimova
AzVision.az





Teqlər: Kamçatka   təyyarə   qəza  





Xəbər lenti