İtaliyada müsəlmanların çimərlik geyimləri qadağan ediləcək

İtaliyada müsəlmanların çimərlik geyimləri qadağan ediləcək
  16 Avqust 2023    Oxunub:1464
İtaliyanın Venesiya yaxınlığında yerləşən Monfalkone şəhərində yerli sakinlərin kütləvi şikayətləri səbəbindən müsəlman çimərlik paltarlarının geyinilməsi qadağan ediləcək.
Bu barədə şəhərin meri Anna Mariya Çizint məlumat yayıb. “Biz ciddi adamlarıq, oktyabra qədər qadağa hazır olacaq”, - deyə şəhər rəhbəri təsdiqləyib.

O, həmçinin əlavə edib ki, belə bir qadağa ilk növbədə qadınların burkinidə çimməsi ilə bağlı sakinlərin çoxsaylı şikayətləri ilə bağlıdır. Mer qeyd edib ki, belə çimərlik paltarı ilə suya girmək həm gigiyenik baxımdan düzgün deyil, həm də italyan ənənələrinə ziddir. Xatırladaq ki, burkini qadağası Fransanın Aralıq dənizi sahillərində də tətbiq olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti