Sülhməramlı separatçını ifşa etdi: "Pul alıb aksiya keçirirsiniz" - VİDEO

    Sülhməramlı separatçını ifşa etdi:   "Pul alıb aksiya keçirirsiniz" -  VİDEO
  16 Avqust 2023    Oxunub:2316
Xəbər verdiyimiz kimi Qarabağ separatçıları Laçın dəhlizinin əvvəlki qaydada nəzarətsiz fəaliyyət göstərməsi üçün aksiyalar keçirirlər. Növbəti belə etiraz zamanı qondarma partiyalardan birinin rəhbəri olan Artur Osipyan rus sülhməramlılarını təhqir edib.
Bununla bağlı Osipyanın yaydığı videoda o, Rusiyanın da ünvanına sərt ifadələr işlədilib.

“Niyə sülhməramlılar Laçın dəhlizini əvvəlki kimi açmaq istəmirlər. Çünki Rusiya imperiyası Azərbaycan qarşısında tir-tir əsir?”, – Osipyan sülhməramlıların zabitinə sual verib.

Separatçılar indi də Putinə qarşı çıxırlar - FOTO
Bundan başqa o, aksiya keçirməyə çalışan separatçılara yaxınlaşan rus sülhməramlısının "Onlar sizə buna görə nə qədər pul ödəyiblər?" sualından hiddətlənib.

Osipyan "Utanmırsan? "120 min" ermənini əsir götürmüsünüz, öz haqqım uğrunda mübarizə aparmağım üçün kim mənə pul verməli idi?” cavabını verib.

“Bax Rusiya sülhməramlıları bunlardan ibarətdir. Onlar bizə kömək etməyə, qorumağa gəldilər, amma nəticədə düşmənimizin əsirinə çevrildilər. Sonra da bizə deyirlər ki, sənə belə aksiyalara görə kim pul verir?”, – separatçı fəal bildirib.

Qeyd edək ki, Osipyan bu gün saat 19:00-da biz Xankəndidə əhalini aksiyaya çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Separatçı   Sülhməramlı  





Xəbər lenti