İsveç 70 terrorçunun yalnız 4-nü Türkiyəyə təhvil verib

   İsveç 70 terrorçunun yalnız 4-nü Türkiyəyə təhvil verib
  16 Avqust 2023    Oxunub:1222
İsveç Türkiyənin istədiyi 70 terrorçudan yalnız dördünü Ankaraya təhvil verib.
Bu barədə “Yeni Şafak” qəzeti yazıb. Qeyd olunub ki, Türkiyənin NATO-ya üzv olmaq üçün təsdiqini gözlədikdən sonra İsveç danışıqlar prosesi zamanı Ankaranın təqdim etdiyi 10 tələbi yerinə yetirməyə davam edib:

“İsveç bu yaxınlarda antiterror qanunlarını sərtləşdirib. Terrorla mübarizə qanununda dəyişiklik edən İsveç Türkiyəyə PKK və FETÖ terror təşkilatı ilə əlaqəsi olan 70-dən çox terrorçunun ekstradisiyasına müqavimət göstərir”.

Qəzetin yazdığına görə, İsveçin bu istiqamətdə atdığı addımlar yetərli deyil. Danışıqlar başlayandan 4 nəfər Türkiyəyə ekstradisiya edilib. Onlardan biri də Türkiyədə “terror təşkilatına üzv olmaq” ittihamı ilə məhkəmə qarşısına çıxarılan Mahmut Tatdır. Digər üç cinayətkardan Mehmet Kökülü narkotik ticarəti, Okan Kale və Ömər Kamil Altın isə dələduzluqda təqsirli bilinib.


AzVision.az


Teqlər:





Xəbər lenti