Avropada enerji böhranı davam edəcək

Avropada enerji böhranı davam edəcək
  16 Avqust 2023    Oxunub:1267
“Avstraliyada tətillər bitdikdən sonra da Avropada qazın qiyməti artmağa davam edəcək və enerji böhranının bitməsi barədə danışmaq hələ tezdir”.
Bu barədə “Lente.ru”ya Rusiya Milli Enerji İnstitutunun rəhbərinin müavini Aleksandr Frolov məlumat verib. “Avstraliya faktoru, yumşaq desək, Avropa bazarına təsir edən yeganə amil deyil”, - ekspert vurğulayıb. Onun sözlərinə görə, Avstraliyadan Aİ-yə tədarüklərin həcmlərinə nəzər salsanız, məlum olar ki, bu, təqribən bir gündə Rusiyadan “Türk axını” vasitəsilə ölkələrə göndərilən həcmə bərabərdir.

Ekspert izah edib ki, Avstraliya qazının əsas istehlakçıları Asiya-Sakit okean regionu ölkələri - Çin, Cənubi Koreya və Yaponiyadır. Lakin 2022-ci ildə qazın qiyməti qalxıb və nəticədə alışlar azalıb.

Energetik belə qənaətə gəlib ki, Avstraliyada tətillər bitdikdən sonra da Avropa üçün problemlər aradan qalxmayacaq. Avropada enerji çatışmazlığının miqdarı Çinin tələbi nə qədər artırmaq qərarına gəlməsindən asılı olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti