Danimarka ABŞ-dan Kiyevə F-16 vermək üçün icazə aldı

Danimarka ABŞ-dan Kiyevə  F-16 vermək üçün icazə aldı
  18 Avqust 2023    Oxunub:1264
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Danimarka radiosuna Ukrayna müharibəsinə dair diqqət çəkən açıqlama verib.
O qeyd edib ki, Kopenhagen F-16 qırıcı təyyarələrini Kiyevə göndərmək üçün Vaşinqtondan icazə alıb. Bu, ukraynalı pilotların təlimi başa çatdıqdan sonra reallaşacaq.

“Müdafiə naziri və mən ABŞ-dakı həmkarlarımıza öz variantlarımız haqqında yazdıq. Beləliklə, biz ABŞ dövlət katibi Entoni Blinkendən məktub aldıq. Bu məktub bizə müəyyən fəaliyyətlərə başlamağa imkan verir...”, – XİN rəhbəri radioda çıxışı zamanı qeyd edib.

O vurğulayıb ki, artıq Ukraynaya müasir döyüş təyyarələri göndərmək üçün heç bir maneə yoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   F-16   Danimarka  





Xəbər lenti