Azərbaycan cüdoçusu Qran-pridə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Qran-pridə gümüş medal qazanıb
  18 Avqust 2023    Oxunub:1203
Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə gümüş medal qazanıb.
AzVision.az -ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Dilşot Xalmatova (Ukrayna) uduzub.

Bu gün mübarizəyə qoşulanlardan Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazanmaq şanslarını itiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti