Nicat Abasov bu gün Maqnus Karlsenlə mübarizə aparacaq

Nicat Abasov bu gün Maqnus Karlsenlə mübarizə aparacaq
  19 Avqust 2023    Oxunub:1596
Azərbaycanda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün yarımfinal mərhələsinə start veriləcək.
AzVision.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə ilk görüşünü keçirəcək.

Şahmatçımız qara fiqurlarla mübarizə aparacaq.

Digər yarımfinal qarşılaşması ABŞ-li Fabiano Karuana və hindistanlı Rameşbabu Praqnananda arasında olacaq.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti