Qadın "usta" insanları aldatdı
![Qadın "usta" insanları aldatdı Qadın "usta" insanları aldatdı](https://azvision.az/photos/2023/08/b9a116be-094c-3da1-8826-9526ed98670a_850-1692598606.jpg)
Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.
Araşdırmalar zamanı S.Sadıqovanın “Tik-Tok” sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub.
S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir. "Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.
AzVision.az
Teqlər: