Yanmış retro Ferrari 2 milyon dollara satıldı

   Yanmış retro Ferrari 2 milyon dollara satıldı
  21 Avqust 2023    Oxunub:1876
ABŞ-da keçirilən hərracda köhnə Ferrari yarış avtomobilinin yanmış hissələri təxminən 2 milyon dollara satılıb.
Maşın 1960-cı illərdə yarış zamanı yanıb və onilliklər ərzində toxunulmaz qalıb. Həmin Ferrari ilk dəfə yarışda Franko Kortese tərəfindən istifadə edilib.

Təhlilçilər deyirlər ki, yarış avtomobilinin təzə sahibi yenidən rəqabət apara bilməsi üçün onu bərpa etmək istəyə bilər.

1954-cü il model avtomobil 500 Mondial Spider Series I və indiyə qədər hazırlanmış 13 avtomobildən biridir. Onun gövdəsini dizayner Pinin Farina hazırlayıb.

1954-cü ildə Kortese İtaliya üzərində 1600 km məsafəyə yürüşdə Mille Miglia yarışında Mondialı 14-cü bitirib.

Bu illər ərzində Mondialda dəfələrlə qəzaya uğrayıb və sonda yanıb. Onu 1978-ci ildə onu zədələnmiş vəziyyətdə ABŞ kolleksiyaçısı tərəfindən alınaraq saxlanılıb.

Auksionçu RM Sotheby's deyir ki, avtomobilin öz şöhrətli günlərinə qaytarmaq üçün geniş restavrasiyaya ehtiyacı olacaq, lakin bu proses çox faydalı olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti