Siyəzəndəki yanğın qəsdən törədilibmiş - FOTOLAR

Siyəzəndəki yanğın qəsdən törədilibmiş -    FOTOLAR
  22 Avqust 2023    Oxunub:1127
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti növbəti dəfə qəsdən yanğıntörətmə faktının üstünü açıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, avqust ayının əvvəlində Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 50 ha ərazidə sahədə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.

Aparılmış ilkin araşdırma zamanı hadisənin Ağcabədi rayon sakinləri Rüstəmov Ruhin Vahid oğlu və Əliyev Həsən Xankişi oğlu tərəfindən qəsdən törədildiyi müəyyən olunub.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti