Tayland Yeni ili qeyd edir - VIDEO

Tayland Yeni ili qeyd edir - VIDEO
  13 Aprel 2013    Oxunub:1840
Bayramı həm də Su Festivalı da adlandırırlar.
Tayland sakinləri Yeni ili qeyd edirlər. Ən-ənəyə görə insanlar biri-birinin üzərinə su tökürlər. Bu prosesdə əksər hallarda dövlətin əsas rəmzlərindən hesab edilən fillər də iştirak edir. Festivalda filləri adətən üzərlərində müxtəlif şəkillər çəkməklə bəzəyirlər.

Tayland inanclarına görə su insanları ötən ilin uğursuzluqlarını yuyub aparır. Buna görə də bayramı həm də su festivalı da adlandırırlar.

Qeyd edək ki, bayram mərasimləri aprelin 17-dək davam edəcək. AzVision.az Mir 24-ün yayımladığı Videonu təqdim edir


Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti