Taekvondoçularımız üç medal qazanıblar
![Taekvondoçularımız üç medal qazanıblar Taekvondoçularımız üç medal qazanıblar](https://azvision.az/photos/2023/08/16928996873467262093_367x266-1692903322.jpg)
Yığmamızın liderlərindən Cavad Ağayev (68 kq) finala kimi inamla irəliləyib. Lakin həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib.
Gənclərin Avropa çempionatında Səlimə Quliyeva (42 kq) da eyni uğuru təkrarlayıb. O da fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Digər taekvonduçumuz Məhəmməd Həsənli (45 kq) isə 3-cü yerlə kifayətlənib.
Beləliklə, milli komanda ilk günü 2 gümüş və 1 bürünc medalla başa vurub.
Xatırladaq ki, Avropa çempionatları 3 gün davam edəcək.
AzVision.az
Teqlər: