Tanışını paltarla boğub öldürdü
![Tanışını paltarla boğub öldürdü Tanışını paltarla boğub öldürdü](https://azvision.az/photos/2023/07/hebs-el-tutma-1690567073.jpg)
Araşdırma zamanı 1986-cı il təvəllüdlü Səbuhi Hüseynovun aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səbuhi Hüseynov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
AzVision.az
Teqlər: