Üzü cavanlaşdıran meyvə

   Üzü cavanlaşdıran meyvə
  25 Avqust 2023    Oxunub:2089
Müntəzəm olaraq gavalı istehlak etsəniz, üzün dərisini cavanlaşdıra və daha sağlam rəng verə bilərsiniz.
Bədəndə həddindən artıq sərbəst radikalların yaratdığı bir vəziyyət olan oksidləşdirici stress yaşlanma prosesini sürətləndirə bilər. Sağlam qidalanma hüceyrələri bu hissəciklərin zərərli təsirlərindən qorumağa kömək edir. Mütəmadi olaraq müəyyən qidaları pəhrizinizə daxil etməklə, dərinizi daha hamar və möhkəm edə bilərsiniz.

Nutritionist, dietoloq Zoya Bogdanova bildirib ki, bunu üçün ən gözəl meyvə gavalıdır: "Gavalı üz dərisi üçün yaxşıdır. Onlar A və B qruplarının vitaminləri ilə zəngindir, meyvənin tərkibində çoxlu maqnezium, dəmir, kalsium, həmçinin sərbəst radikalları neytrallaşdıran maddələr var. Belə ki, gavalıdan istifadə qocalma prosesini ləngidir".

Digər meyvələr də oxşar təsir göstərə bilər. Bununla belə, dietoloq gavalı kimi aşağı glisemik indeksi olan meyvələrə üstünlük verməyi tövsiyə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti