Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada saxlanıldı

  Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada saxlanıldı
  25 Avqust 2023    Oxunub:1565
Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada saxlanılıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycanın vətəndaşı Nəsirov Xəyal Səxavət oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Xəyal Nəsirovun öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan yayındığına görə beynəlxalq axtarışa verilib.

Avqustun 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Xəyal Nəsirov Ukraynadan ölkəmizə gətirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti