Oğuzdakə yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Oğuzdakə yol qəzası ilə bağlı cinayət işi başlanılıb
  25 Avqust 2023    Oxunub:1876
Bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti