Erməni əsgər yoldaşını və özünü güllələyib - YENİLƏNİB

 Erməni əsgər yoldaşını və özünü güllələyib -  YENİLƏNİB
  28 Avqust 2023    Oxunub:1861
Ermənistanda qeyri-müəyyən şəraitdə iki hərbçinin ölməsi ilə başlanan cinayət işinin araşdırılması zamanı hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Məlumata əsasən, dünən yerli vaxtla saat 16:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birində 2 hərbçidən biri əvvəlcə digərini, sonra özünü güllələyib. Qeyd olunub ki, növbətçi əsgər ona təhkim edilmiş AK-74 silahından rütbəcə özündən böyük hərbçini öldürəndən sonra özünü çənəsindən güllələyib.

***
Ermənistanda hərbi hissələrdən birinin 2 hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası nəticəsində ölüblər.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, bu, Ermənistan ordusunda avqust ayında sayca 6-cı hərbçi ölümüdür.

AzVision.az


Teqlər:





Xəbər lenti