"ABŞ-da yoluxmuş xəstələrin 99 faizi COVID-dən ölməyib"

   "ABŞ-da yoluxmuş xəstələrin 99 faizi COVID-dən ölməyib"
  29 Avqust 2023    Oxunub:1660
ABŞ-da koronavirusa yoluxmuş şəxslərin ölüm hallarının 99 faizi COVID-19-dan olmayıb.
AzVision.az xəbər verir ki, bunu Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) saytında dərc edilmiş məlumatlarda qeyd edilib.

Orta hesabla, ABŞ-da yoluxmuş xəstələrin yalnız 1,7% -də əsas ölüm səbəbi kimi COVID-19 müəyyən edilib. 2021-ci ilin yazında pandemiyanın zirvəsi zamanı bu faiz 30%-ə artıb. CDC-nin rəyi avqustun 13-dən 19-a qədər qeydə alınan ölüm hallarının araşdırmasına əsasəndir. Belə ki, avqustda yoluxmuş şəxslərin ölümündə əsas amil xərçəng və ürək xəstəlikləri olub.

Qeyd edək ki, yalnız COVID-19 ilə əlaqəli birbaşa ölüm nisbəti Vaşinqton, Tennessi, Şimali Karolina və Nyu-York kimi bəzi ştatlarda 2%-ə qədər yüksək olub. Florida və Merilend ştatlarında bu göstərici 3,4% təşkil edib. Ölənlərin əksəriyyəti 75 yaşdan yuxarı olub və qadınlar arasında ölüm nisbəti kişilərə nisbətən bir qədər yüksəkdir.

Qeyd edək ki, ABŞ-da EG.5 ştammı adlandırılan yeni koronavirus ştammına yoluxma halları müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı nəzarət altında olan koronavirus ştammları siyahısına daxil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti