İran prezidentinin populist vədləri

İran prezidentinin populist vədləri
  29 Avqust 2023    Oxunub:1005
Rəisi hökuməti İranda aztəminatlı ailələri “pulsuz” su, işıq və qazla təmin edəcəyinə söz verib.
AzVision.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi keçirdiyi mətbuat konfransında ölkənin yoxsul təbəqələrinə münasibətdə sosial siyasətin gücləndirələcəyindən danışıb.

“Aztəminatlı ailələr üçün pulsuz su, işıq və qaz hökumətin planındadır. Ölkədə altı milyon insanın tibbi sığortası pulsuz həyata keçirilib”, - Rəisi iddia edib.

Pulsuz su, enerji və bəzi digər xidmətlər vədi İran hökumətinin xalqa verdiyi ilk vədlərdən biri olub və ilk dəfə Ruhullah Xomeyninin İrana qayıtdıqdan sonra ilk çıxışında qeyd edilib.

O vaxtdan bəri İranın hakimiyyət orqanları belə bir vədi dəfələrlə təkrarlayıb, keçmiş prezident Həsən Ruhani isə hətta belə bir vədi yerinə yetirdiyini iddia edib. Bununla belə, İranda elektrik enerjisi, su və qaz ödənişləri daxil olmaqla yaşayış xərcləri daim yüksələn xətt üzrə gedib.

Yeri gəlmişkən, belə poulist vədlər fonunda dörd il əvvəl İranda benzinin qiymətinin qəflətən kəskin şəkildə artması ümummilli etiraz dalğasına səbəb oldu.
AzVision.az


Teqlər: Rəisi   populizm  





Xəbər lenti