Ucuz separatizm – KARİKATURA |
Məsələn, jurnalist Tatul Akopyan yazıb ki, Xankədidə oturanlar (Separatçıları nəzərdə tutur-red.) Ağdam-Xankəndi yolunun bağlı qalacağı ilə bağlı dəqiq qərar, söz verə bilmirlər: "Bu rəsmin müəllifi isə azərbaycanlıdır. Hər şeyi "əla" təsvir edib".
Sosial şəbəkələrin erməni seqmentində də geniş müzakirələrə səbəb olan Gündüz Ağayevin Xankəndidə oturanlardan çox separatçıların xeyrinə təbliğat işi aparması təriflənib...
Qeyd edək ki, Gündüzün bu qərəzli davranışı Azərbaycan cəmiyyətində hiddətlə qarşılanıb. Tanınmış karikaturaçı Şəhriyar Sarıca isə separatçı rejimin və bəzi Qərb dairələrinin maraqlarına uyğun karikatura çəkən həmkarı Gündüz Ağayevə tutralı cavab verib. O öz karikaturasında Gündüz Ağayevin sözügedən rəsmini ermənipərəst Fransadan aldığı sifariş əsasında çəkdiyinə eyham vurub.
Onun cavab karikaturası sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Tural Tağıyev
AzVision.az