"Qarabağ" Avropa Liqasının qrup mərhələsində

 "Qarabağ" Avropa Liqasının qrup mərhələsində
  31 Avqust 2023    Oxunub:1523
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.
AzVision.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçında çıxıb.

Ağdam klubu Bakıda Sloveniya "Olimpiya"sını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 1:1 hesabı ilə başa çatıb. "Qarabağ" səfərdə keçirilən ilk görüşdə 2:0 hesablı qələbə qazandığından bu nəticə ilə qrup mərhələsinə vəsiqə qazanıb. Beləliklə, Qurban Qurbanovun komandası ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində çıxış edəcək.

31 avqust

UEFA Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

20:00. "Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Sloveniya) - 1:1

Qollar: Toral Bayramov, 24-pen.(1:0), Kosta Pinto, 36 (1:1)

Baş hakim: Alexandro Ernandes (İspaniya)

İlk oyun - 2:0
AzVision.az
AzVision.az


Teqlər:





Xəbər lenti