Azərbaycanda mobil cihazlara 224 min kiberhücum olub

Azərbaycanda mobil cihazlara  224 min  kiberhücum olub
  01 Sentyabr 2023    Oxunub:1785
Bu il Azərbaycanda mobil cihazlara qarşı 224 min kiberhücum həyata keçirilib.
AzVision.azxəbər verir ki, bu barədə “Global Research and Analysis Team” (GreAT) şirkətinin departament rəhbəri Dmitri Qalov Bakıda keçirilən “Kaspersky”nin Kiberbilik günü”nə (“Kaspersky Cyber Knowledge Day) həsr olunmuş mətbuat konfransında bildirib.

D.Qalov qeyd edib ki, bu ilin yanvar-avqust aylarında “Kaspersky” Azərbaycanda fişinq səhifələrinə təxminən 537 min keçid cəhdini bloklayıb. Bu hücumların 438 mindən çoxu “B2C” seqmentində, 99 mini isə korporativ istifadəçilər arasında olub. Belə ki, 32 faiz istifadəçi yerli kiberhücumlara məruz qalıb, 24 faiz korporativ istifadəçilər arasında yerli kiberhücumlar olub. Elektron poçtla gələn məktubların 17 faizini spam (kütləvi olaraq yayılan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumatdır) təşkil edib.

D.Qalovun sözlərinə görə, yeni fişinq trendlərindən biri teleqram sosial şəbəkəsinin istifadəçilərinə hücumlardır: “Hazırda kibertəhdid aktualdır. Çünki teleqram hesabına giriş təcavüzkarlara bir çox imkanlar verir. Başqa sözlə desək, məxfi məlumatlara çıxış, bir şəxsi şantaj etmək və ya onun adından saxta mesajlar göndərmək üçün şərait yaradır”.

Onun sözlərinə görə, bir neçə il bundan əvvəl Kasperski Laboratoriyasının “Kaspersky Security Network” sistemi bir neçə gün ərzində az sayda müxtəlif növ virus qeydə ala bilirdisə, artıq hər gün 500 mindən çox yeni təhdid qeydə alınır.
AzVision.az

Qalereya




Teqlər: Kiberhücum  





Xəbər lenti