Bəydəmirlinin ittihamı ağırlaşdırıldı

Bəydəmirlinin ittihamı ağırlaşdırıldı
  01 Sentyabr 2023    Oxunub:1354
Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin ittihamı ağırlaşdırılıb.
Ona Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə yenidən ittiham elan edilib.

İddia olunur ki, N.Bəydəmirli Rusiyanın Lipetsk şəhərində də bir nəfərdən hədə-qorxu yolu ilə pul tələb edib.

Xatırladaq ki, N. Bəydəmirli cari ilin iyulunda həbs olunub. Belə ki, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Eks-deputata qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
AzVision.az



Teqlər: İttiham  





Xəbər lenti