“Qarabağ”dan Ovusu ilə bağlı açıqlama
Şəkillərin Bakıda, "Qarabağ"ın ofisinin girişində çəkildiyi ehtimal olunub. Şəkillər köhnə olsa da, Ağdam klubunun futbolçusu Julio Romao bu şəklin altına Ağdam klubunun futbolçusu Julio Romao “Welcome back” (geriyə xoş qayıdırsan) sözlərini yazıb. Bu da istər-istəməz Ovusunun yenidən “Qarabağ”da oynayacağına dair fikirlərin yaranmasına səbəb olub.
"Qarabağ" yayılan xəbərlərə münasibət bildirib. Klubun direktoru Emrah Çelikel Qol.az saytına açıqlamasında məlumatı təkzib edib. O, 26 yaşlı forvardı transfer etmək fikrində olmadıqlarını qeyd edib.
Xatırladaq ki, Ovusu Kvabena bu ilin yanvarında “Qarabağ”dan “Ferensvaroş”a transfer olunub. Onun Budapeşt klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
O, 2020-ci ilin yanvarından 2023-cü ilin yanvarınadək “Qarabağ”ın oyunçusu olub.
AzVision.az
Teqlər: