AVRO-2024: Azərbaycan millisinin heyəti

   AVRO-2024:    Azərbaycan millisinin heyəti
  04 Sentyabr 2023    Oxunub:1260
AVRO-2024-ün seçmə mərhələsində Belçika, yoldaşlıq oyununda isə İordaniya ilə üz-üzə gələcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi beynəlxalq matçlar üçün 26 oyunçuya dəvət göndərib.

İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı iştirakını nəzərə alaraq futbolçunun Belçika ilə oyundan sonra düşərgəni tərk etmək istəyini müsbət qarşılayıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Yusif İmanov (“Sabah”), Səlahət Ağayev (“Səbail”)

Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqverdi (“Neftçi”), Yusif Nəbiyev (“Səbail”), Elvin Bədəlov (“Sumqayıt”), Qismət Alıyev (“Zirə”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə)

Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Emin Mahmudov, Filip Ozobiç (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Rüstəm Əhmədzadə (“Zirə”), Coşqun Diniyev (“Ümraniyespor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland)

Hücumçular: Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tailand), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə).

Qeyd edək ki, yığmamız sentyabrın 9-da Belçikanı, 12-də isə İordaniyanı qəbul edəcək. Hər iki görüş “Dalğa Arena”da keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti