Çaves quş olub qayıtdı - FOTO

Çaves quş olub qayıtdı - FOTO
  13 Aprel 2013    Oxunub:1197
Venesuelanın müvəqqəti prezidenti Nikolas Maduro seçicilərinin sevgisini qazanmağının sirrini açıqlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, o eks vitse-prezident Çavesin ona məsləhət verdiyini iddia edib.

Maduro seçki kampaniyası ərəfəsində rəqiblərindən üstün olmasını öz fərqliliyi ilə izah edib. Belə ki, seçiciləri ilə görüşən müvəqqəti prezident , kilsədə Çavesin ruhu ilə rastlaşdığını və Çavesin ruhunun ona güc verdiyini dilə gətirib.

O, əlində oyuncaq quşu göstərərək, Çavesin ruhunun ona bu quş kimi göründüyünü də bildirib.

Quşun başı üzərindən üç dəfə uçduğunu və bununla da Çavesin ruhundan enerji alaraq seçkilərdə qalib gəlmə şansının çox olduğunu deyib.

Qeyd edək ki, sabah Venesuela xalqı öz prezidenti seçmək üçün səsvermə məntəqələrinə üz tutacaq.



Teqlər:  





Xəbər lenti