Rusiyada “Barbie” və “Oppenheimer”in adı dəyişdirildi- FOTO

 Rusiyada “Barbie” və “Oppenheimer”in adı dəyişdirildi-    FOTO
  05 Sentyabr 2023    Oxunub:1686
Moskvanın "Raduqa" kinoteatrı Hollivud istehsalı olan məşhur filmlərin premyeralarını dəyişdirilmiş adlarla təqdim edib.
Bunlar "Oppenheimer" və "Barbie" kinolarıdır. Rusiyada onların "yeni adları" isə "Дубак" и "Быстрые свидания"dır.

Baza Telegram kanalı yazır ki, "Raduqa" "Oppenheimer"i tamaşaçılara sentyabrın 7-də, "Barbie"ni isə sentyabrın 9-dan göstərməyi planlaşdırırmış.

Amma Mədəniyyət Nazirliyi bildirib ki, “Barbie” və “Oppenheimer” “ənənəvi dəyərlərin qorunması”na cavab vermir.

Qeyd edək ki, "Oppenheimer" amerikalı fizik və atom bombasının yaradıcısı Robert Oppenheimer haqqında çəkilmiş bioqrafik filmdir. Filmdə həmçinin Emili Blant, Met Deymon, Robert Douney və digər məşhur aktyorlar çəkiliblər. Filmin premyerası 21 iyul 2023-cü ildə baş tutub.

Marqot Robbi və Rayan Qoslinqin rol aldığı "Barbie"nin təqdimatı isə iyulun 19-da baş tutub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kinoteatr  





Xəbər lenti