Əksər sahələrin mütəxəssisləri İrandan mühacirətə gedirlər

Əksər sahələrin mütəxəssisləri İrandan mühacirətə gedirlər
  05 Sentyabr 2023    Oxunub:869
İrandan “mütərəqqi immiqrasiya prosesi” dalğası mütəxəssis və həkimlərdən tutmuş, ağır nəqliyyat vasitələrinin işçilərinə və sürücülərə qədər böyük bir kəsimi əhatə edib.
AzVision.az xəbər verir ki, “Iran Watch” internet saytı immiqrasiya ilə bağlı hesabatında bunu “parlaq gələcək üçün bir fürsət” kimi şərh edib.

“Təhsilli və ixtisaslaşmış iranlı mühacirlər özləri ilə bu sərhədin və torpağın inkişafı və çiçəklənməsi üçün ideyalar və effektiv planlar yükü aparırlar, hökumət isə hələ də bu insan resurslarını həvəslə ixrac edir. Artan sosial məhdudiyyətlər, iqtisadi durğunluq, dolanışıq problemləri, ayrı-seçkilik və ədalətsizlik, internet filtrasiyası və məhdudiyyətlər, son zamanlar ölkənin ən yaxşı universitetlərindən professor və tələbələrin geniş şəkildə işdən çıxarılması nəticəsində, görünür, İran xalqının kütləvi və geniş miqrasiyası formalaşır”, - şərhdə deyilir.

Sərnişin şirkətləri birliyinin rəhbəri Əhmədreza Ameri də “Dideban” saytına müsahibəsində analoji ruhlu açıqlama verib.

“Bəzi ölkələr yükdaşıma sektorunda sürücülərə həm yaşayış, həm də bir neçə min dollar maaş ödəyir. İndi əsas vəsiqəyə malik hər kəs avtobus və yük maşını sürücüsü ola bilməklıə yanaşı, immiqrasiya etmək imkanına malikdir. Bu gün biz savadlı insanlar və hətta birinci dərəcəli sürücülük vəsiqəsi almaq istəyən pilotlarla qarşılaşırıq ki, onlar da həmin ölkələrə mühacirət edə bilirlər.”

Tibb sahəsində immiqrasiya

İranın tibb sistemi təşkilatının ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr üzrə baş direktoru Rza Laripur “Jamaran” saytına müsahibəsində həkimlərin xaricə miqrasiyasının əsasən iqtisadi durumla bağlı olduğunu söyləyib.

- Bütün dünyada tibb sahəsinə ehtiyac var və bu, bahalı peşə olduğundan və onun təhsili baha başa gəldiyindən qabaqcıl ölkələr öz sağlamlıq qüvvələrinin bir hissəsini başqa ölkələrdən təmin edir. İranın səhiyyə işçiləri yüksək səviyyəli qüvvələr olduğu üçün də dünyada xüsusi qəbul edilirlər. Həkimlərin xaricə miqrasiyasının ən böyük səbəbi iqtisadi vəziyyət və dolanışıq problemləridir”, – məmur deyib.

Hazırda İranda tibb işçilərinin aylıq orta gəliri 20 milyon tüməndən aşağıdır. Bu sahədə çalışan 150 min nəfərdən isə 100 min adamın gəliri cəmi 11-15 milyon tüməndir ki, bu da yoxsulluq həddinin altındadır.
AzVision.az


Teqlər: İran   mühacirət  





Xəbər lenti