Tramp Ər-Riyada gedəcək - VİDEO

   Tramp Ər-Riyada gedəcək -    VİDEO
  07 Mart 2025    Oxunub:911
ABŞ Prezidenti Donald Tramp yaxın aylarda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə səfər planlaşdırır.
O özü bu barədə Ağ Evdə jurnalistlərə müsahibəsində məlumat verib. Bildirib ki, Ər-Riyad növbəti 4 il ərzində ABŞ şirkətlərinə 1 trilyon dollar sərmayə qoymağa razılıq verdiyi üçün belə bir səfəri nəzərdən keçirir.

Tramp həmçinin xatırladıb ki, Səudiyyə Ərəbistanı onun ilk prezidentliyi dövründə ABŞ şirkətlərinə 450 milyard dollar sərmayə ayırmışdı.

"Onlar getdikcə daha çox varlanır, biz isə qocalırıq. Söyləmişdim ki, sövdələşmə baş tusa, Ər-Riyada gələcəyəm. Razılaşdılar, odur ki mən də vədimi yerinə yetirəcəyəm; yəqin ki, növbəti ay yarım ərzində", - ABŞ lideri deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Səudiyyə   Tramp   səfər  





Xəbər lenti