Suriyada təhlükəsizlik qüvvələri ilə əsədçilər toqquşublar: 70 ölü

   Suriyada təhlükəsizlik qüvvələri ilə əsədçilər toqquşublar:  70 ölü
  07 Mart 2025    Oxunub:969
Suriyada yeni hökumətin təhlükəsizlik qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədə sadiq silahlı dəstələr arasında insident baş verib.
Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, hadisə ölkənin sahilyanı ərazilərində baş verib. Suriya hökuməti hadisə ilə bağlı hələlik hər hansı şərh verməyib.

Eyni zamanda, Suriya müharibəsi üzrə analitiklər bildirirlər ki, SOHR-un yaydığı məlumatlar, adətən, dezinformasiyadır və qurbanların sayını artırmaq məqsədi güdür.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   toqquşma   SOHR  





Xəbər lenti