AzTU-nun dosenti vəfat edib

AzTU-nun dosenti vəfat edib
  06 Sentyabr 2023    Oxunub:1118
Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib.
Nigar Zeynalova 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtomatika və hesablama texnikası fakültəsini bitirib. 1992-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.

O, çoxsaylı metodik vəsait və fənn proqramının müəllifi olub.
AzTU-nun rəhbərliyi və kollektivi Nigar Zeynalovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
AzVision.az



Teqlər:





Xəbər lenti