Uşaq bağçalarında çalışanların nəzərinə!

 Uşaq bağçalarında çalışanların nəzərinə!
  06 Sentyabr 2023    Oxunub:1258
"Uşaq bağçalarında çalışanlar üçün ilk mərhələdə diaqnostik qiymətləndirilmə keçiriləcək".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ixtisası məktəbəqədər təhsillə bağlı olmayan şəxsin sonrakı fəaliyyəti istər-istəməz alınmayacaq: "Ona görə də müəyyən formada məsələ həllini tapmalıdır. Ardıcıl mərhələdə isə sertifikasiya imtahanlarının keçirilməsi mümkün olacaq. 2024-cü ildə imtahanların keçirilməsi ilə bağlı qaydalar təsdiqlənməlidir. Bizim təhsilverəndən əsas istəyimiz düzgün tərbiyə və tədris verməsidir".

AzVision.az


Teqlər:





Xəbər lenti