DİM imtahan nəticələrində dəyişiklik etdi

   DİM imtahan nəticələrində dəyişiklik etdi
  07 Sentyabr 2023    Oxunub:1195
Dövlət qulluğuna qəbul üzrə müsabiqənin B növü üzrə 13 avqust 2023-cü ildə keçirilmiş test imtahanı ilə bağlı namizədlərin Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olan müraciətləri araşdırılıb və onların imtahan nəticələrinə təsir göstərə bilən hallar təkrar təhlil olunub.
DİM-dən AzVision.az -a verilən məlumata görə, aparılan araşdırmalar zamanı Qanunvericilik proqramına (BA vəzifə qrupu üzrə) aid olan bir açıq tipli test tapşırığının tərtibatı ilə əlaqədar fikir ayrılığı yarandığı üçün ekspertlərin yekun rəyinə əsasən etalonda götürülmüş cavabların düzgün hesab olunması şərti ilə digər bir cavab variantının da düzgün cavab olaraq qəbul olunması məqsədəuyğun hesab edilib.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti