Bəhlul Mustafazadənin transferi ilə bağlı məhkəmənin qərarı

   Bəhlul Mustafazadənin transferi ilə bağlı    məhkəmənin qərarı
  08 Sentyabr 2023    Oxunub:1481
İdman Arbitraj Məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı “Sabah” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu arasında olan mübahisəli məsələylə bağlı qərar verib.
AzVision.az xəbər verir ki, bu haqda "Sabah" klubunun yaydığı açıqlamada bildirilib.

CAS “Əl-Əyn”in şikayətini təmin etməyərək, FİFA-nın daha öncə Azərbaycan klubunun xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb. Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah” FK-ya ödəməli olması qeyd edilib.

Qeyri-rəsmi xəbərə görə, söhbət 1 milyon avrodan gedir.

Xatırladaq ki, Bəhlul Mustafazadə 2019-21-ci illərdə "Sabah"da çıxıb edib. O, 2021-ci ilin yayında “Əl-Əyn”ə keçsə də, sonrada transfer məsələsində yaranan problemlər görə Azərbaycana qayıdıb və "Qarabağ"la müqavilə imzalayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti