Bulvarda batma təhlükəsi olan qadın xilas edildi - VİDEO

Bulvarda batma təhlükəsi olan qadın xilas edildi    - VİDEO
  08 Sentyabr 2023    Oxunub:978
Bulvarda batma təhlükəsi olan qadın xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1989-cu il təvəllüdlü Ş.Cəfərova dalğıclar tərəfindən xilas edilib. Ona ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti