Leyla Əliyeva haqda kitab yazıldı

Leyla Əliyeva haqda kitab yazıldı
  09 İyun 2014    Oxunub:1419
“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının III cildi işıq üzü görüb.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və professor Rövşən Vəlizadənin birgə qələmə aldıqları “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliliyinin III cildi işıq üzü görüb.

“CBS Polyqrafic production” nəşriyyatımda nəfis şəkildə çapdan çıxmış III cildin hazırlanmasında Azərbaycan Respublikasının Baş prokurorluğu, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupunun materialları istifadə olunub.

Nəşrdə beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməyilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğından, vəhşiliklərdən, soyqırımdan bəhs olunur.

Kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun RF-dakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əhatələnmiş bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli bir toplusu kimi oxucuların diqqət mərkəzində olacaq.

Kitabın redaktorları - Fəsəfi Cəmiyyətlər Beynəlxalq Federasiyasının üzvü, professor Rahid Ulusel və Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və praktikası kafedrasının doktorantı Leyla Məmmədovadır
Müəlliflərin araşdırmalarına xüsusi rəyin və nəşrə “Ön söz"ün müəllifi, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovdur.

AMEA Konfliktologiya və İnsan Hüquqları İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş ikicildliyin baş elmi məsləhətçisi, Milli Məclisin deputatı, bu elmi müəssisənin direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayevadır.

Kitablarda Azərbaycan, ingilis, rus və digər dillərdən olmaqla yüzlərlə mənbələrdən, eləcə də internet resursları da daxil olmaqla, ümumilikdə, 103-dək mənbədən istifadə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti